Ayətullah Əli Xamenei Fələstin və Yəmən barədə danışıb

İranın ali dini lideri Ayətullah Əli Xamenei ölkəsinin gələcək planları Vyanada davam edən nüvə danışıqlarının nəticəsinə əsaslandırılmamalıdır deyib
Ayətullah Əli Xamenei Fələstin və Yəmən barədə danışıb

SİA-nın əldə etdiyi məlumata görə, TRT telekanalının İran dövlət televiziyasına istinad etdiyi xəbərə görə Əli Xamneyi paytaxt Tehrandakı iqamətgahında yüksək səviyyəli hökumət və hərbi rəsmiləri qəbul edib. Xamneyi buradakı çıxışında Vyana müzakirələrinin qaydasında davam etdiyini ifadə edərək: “Müzakirə heyətimiz, prezidentə, Ali Milli Təhlükəsizlik Şurasına və digər rəsmilərə danışıqların gedişatına dair məlumat verir, bu çərçivədə qərarlar qəbul edilir və addımlar atılır. Müzakirə qrupumuz indiyədək qarşı tərəfin ifrat tələblərinə müqavimət göstərib və ümid edirəm ki, bundan sonra da edəcək”.

ABŞ-ın 2018-ci ildə nüvə razılaşmasından birtərəfli qaydada çıxdığını xatırladan Ali dini lider Xamenei öhdəliklərinə əməl etməyənin özləri yox, qarşı tərəfin

olduğunu, bu pozuntulara görə çətin vəziyyətlə üz-üzə gəldiklərini vurğulayıb. Hökumət rəsmilərinin ölkənin gələcək planlarını danışıqların nəticəsinə əsaslandırmamalı olduqlarını ifadə edən dini lider Xamenei sözlərini belə davam etdirib: “Nüvə danışıqlarına görə planlarınızı təxirə salmayın. Danışıqların müsbət, yarı müsbət və ya mənfi olmasından asılı olmayaraq planlarınızın ləngiməsinə imkan verməyin. İşinizlə məşğul olun”.

Fələstinin müxtəlif şəhərlərdə, xüsusən də Təl-Əvivdə israillilərə qarşı hərəkətlərini yüksək qiymətləndirən Xamenei: “Bu hərəkatlar göstərdi ki, ABŞ və onun ardıcıllarının səylərinə baxmayaraq, Fələstin hələ də ayaqdadır və heç vaxt unudulmayacaq”.

Yəməndə atəşkəsin bərpa edilməsini də münasibət bildirən Xamenei Səudiyyə Ərəbistanı rəsmilərinə “Qələbə şansınızın olmadığını bildiyiniz müharibəni niyə davam etdirirsiniz? Bu müharibədən çıxış yolunu tapın” sözləri ilə müraciət edib.

Xatırladaq ki, nüvə sazişinin tam icrasının təmin edilməsi və ABŞ-ın razılaşmaya qayıtması ilə bağlı danışıqlar, Rusiya, Çin, Almaniya, Fransa, İngiltərə və İranın yüksək səviyyəli nümayəndələrinin iştirakı ilə Avstriyanın paytaxtı Vyanada keçirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə