Putinin qızlarına da sanksiyalar tətbiq edildi

Putinin qızlarına da sanksiyalar tətbiq edildi

Xəbər verildiyi kimi, İsveçrə də Avropa İttifaqının Rusiya və Belarusa qarşı tətbiq etdiyi beşinci sanksiyalar paketinə qoşulub.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə ölkənin Federal Şurasının saytında dərc olunmuş məlumatda deyilir.

Bildirilir ki, Avropa İttifaqının ardınca İsveçrə hakimiyyət orqanları da Rusiyanın Ukraynada keçirdiyi xüsusi əməliyyatla əlaqədar olaraq Rusiya Federasiyasından 200 fiziki və hüquqi şəxsin ölkəyə girişinə maliyyə sanksiyaları və məhdudiyyətlər qoyur.

Sanksiya siyahısına digərləri ilə yanaşı, sənəddə “prezident Vladimir Putinin qızları” kimi qeyd olunan Mariya Vorontsova və Katerina Tixonova, habelə rusiyalı siyasətçilər, iş adamları, hərbi zabitlər və “təbliğatçılar” daxil ediləcək.

Bildirək ki, sanksiyalar aprelin 13-dən başlayaraq artıq qüvvəyə minib.

Xatırladaq ki, Avropa İttifaqı aprelin 8-də beşinci anti-Rusiya sanksiyalar paketini qəbul edib və hazırda altıncı anti-Rusiya sanksiyalar paketi üzərində işləyir.

Onu da qeyd edək ki, Putin Vorontsova və Tixonovanın onun doğma qızları olduğunu açıq şəkildə təsdiqləməyib.

Belə ki, Vladimir Vladimiroviç əvvəllər də heç vaxt ailəsini müzakirə etmək istəmədiyini bildirmişdi.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə