Ukraynalı uşaqlar Türkiyəyə gətirildilər

Ukraynalı uşaqlar Türkiyəyə gətirildilər

Klublar Birliyi Fondu Rusiya-Ukrayna müharibəsi səbəbindən 126 ukraynalı uşağı Türkiyəyə gətirib.

SİA Türkiyənin TRT telekanalına istinadən xəbər verir ki bu barədə Fond məlumat yayıb. Bildirib ki, “Klublar Birliyi Vəqfi 7-16 yaş arası 126 ukraynalı uşağı ölkələrindəki müharibə mühitindən çıxararaq Türkiyəyə gətirib”.

Qeyd edək ki, Ukrayna Peşəkar Liqası Birliyinin tələbini müsbət qarşılayan Klublar Assosiasiyasının təşkilatçılığı ilə Türkiyəyə gətirilən uşaqlar Trabzonspor, Çaykur Rizəspor, Sivasspor və Kayserispor klublarının infrastrukturlarına yerləşdiriliblər.

Bütün xəbərlər Facebook səhifəmizdə