Paşinyan Türkiyə-Ermənistan danışıqlarına münasibət bildirib

Paşinyan Ermənistan parlamentindəki çıxışında Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması prosesini dəyərləndirib.
Paşinyan Türkiyə-Ermənistan danışıqlarına münasibət bildirib

Ermənistanın baş naziri Paşinyan vurğulayıb ki, “ Ankara ilə danışıqlar davam etdirilməli və dialoq bərpa olunmalıdır. Türkiyə ilə danışıqlarda durğunluğa yol verməmək üçün əlimizdən gələni etməliyik. Biz başa düşürük ki, prosesin nəticələri o qədər də sürətli olmaya bilər və bunu beynəlxalq tərəfdaşlarımıza da deyirik. Amma sürətli nəticə olmasa, durğunluq yaşana bilər. Belə bir vəziyyətlə qarşılaşmamaq üçün kiçik addımlarla irəliləməyi bacarmaq lazımdır. Beynəlxalq tərəfdaşlarımız Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasına tam dəstək verir”-deyə Paşinyan vurğulayıb.

SİA bu barədə Türkiyə mətbuatına istinad edir.

Bütün xəbərlər Facebook səhifəmizdə