Makron Ukraynadakı baş verənləri soyqırımı adlandırmayıb

Makron Ukraynadakı baş verənləri soyqırımı adlandırmayıb

Fransa prezidenti Emmanuel Makron Rusiyanın Ukraynada törətdiklərini “soyqırımı” adlandırmaqdan imtina edərək, rusları və ukraynalıları “qardaş” kimi xarakterizə edib. SİA xarici mətbuata istinadən bildirir ki, ABŞ prezidenti Co Bayden Rusiyanın Ukraynaya hücumlarını soyqırımı kimi qiymətləndirdikdən sonra Fransa prezidenti Emmanuel Makron mövzu ilə bağlı açıqlama verib.

Müsahibəsində Rusiyanın Ukraynaya hücumunun soyqırımı kimi səciyyələndirilə bilməyəcəyini ifadə edən Makron “İndi bu cür terminləri işlədərkən diqqətli olmalıyıq, çünki ruslar və ukraynalılar qardaşdırlar” -deyə, bildirib.

“Bu müharibəni dayandırmaq və sülhü bərpa etmək üçün bacardığım qədər çalışacam. Bu cür müzakirələrin sülhə xidmət etdiyinə əmin deyiləm. Rusiyanın hücumu qəbuledilməzdir və cinayətidir”, - deyə, Makron çıxışına davam edib.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə