Bu da Fransa prezidenti Emmanuel Makronun versiyasıdır. Məsələn o deyir ki, bu gün Rusiya dövlətinin başçısı Vladimir Putinin Ukraynada ərazisində xüsusi hərbi əməliyyata başlamaq qərarı onun Qərb siyasətindən narazılığı ilə bağlıdır.
SİA bu barədə “Le Point” jurnalına istinadən xəbər verir.
Bundan əlavə Makron hesab edir ki, Rusiya Ukraynada hərbi əməliyyatları dayandırmayacaq, çünki Putin mayın 9-dan əvvəl hərbi qələbə qazanmaq niyyətindədir.
Fransa prezidentinə görə, Rusiya Federasiyasının rəhbəri SSRİ-nin alman faşizmi üzərində qələbəsinə həsr olunmuş bayrama qədər Ukraynada bütün məqsədlərə nail istəyir.
Maraqlıdır ki, Makron Ukraynadakı hərbi əməliyyatları dayandırmağa inandırmaq üçün rusiyalı həmkarı ilə danışıqları davam etdirəcəyini də vurğulayıb.
Qeyd edək ki, bundan əvvəl Fransa prezidenti Rusiya prezidenti Vladimir Putinlə dialoqunun həmişə səmimi və tələbkar xarakter daşıdığını bildirmişdi.
"Düşünürəm ki, Putin Fransaya hörmət edir və onu digər Qərb ölkələrindən fərqləndirir", - Makron deyib.
O, həmçinin Putinin Ukrayna ərazisində xüsusi hərbi əməliyyat keçirməyə qərar verməsini, rus rəhbərin digər insanlarla təmaslarının az olması ilə bağlayıb. Özünün şəxsi görüşlərinin məhdudluğunu isə COVID-19-la əlaqələndirib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB