Bayden Rusiyanın Ukraynadakı hərəkətlərini soyqırım adlandırıb

O, bəyan edib ki, amerikalıların büdcələri diktatorun əməllərindən zərər görməməlidir
Bayden Rusiyanın Ukraynadakı hərəkətlərini soyqırım adlandırıb

ABŞ prezidenti Cozef Bayden Rusiyanın Ukraynadakı hərəkətlərini ilk dəfə olaraq soyqırım adlandırıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə CNN yazır.

O, Ayova ştatında çıxışı zamanı deyib ki, amerikalıların büdcəsi diktatorun başqa ölkədə soyqırım törədib etməməsindən asılı olmamalıdır.

“Sizin ailə büdcəniz, çəninizi doldurmaq qabiliyyətiniz, bütün bunlar diktatorun müharibə elan edib-etməməsindən və dünyanın yarısı üçün soyqırım törətməsindən asılı olmamalıdır”, - deyə prezident bildirib.

Bayden həmçinin deyib ki, o, “Putinin qiymət artımları” ilə mübarizəyə kömək etmək üçün strateji neft ehtiyatından gündə bir milyon barel neftin buraxılmasına icazə verib.

Gərək ki, yadınızda olar, Baydenin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sullivan bir müddət əvvəl Rusiyanın Ukraynadakı vəhşiliklərinin səviyyəsinin hələ “soyqırım səviyyəsinə yüksəlmədiyini” demişdi. .

ABŞ prezidentinin özü isə Rusiya prezident Vladimir Putinin Buçada törətdikləri vəhşiliyi “müharibə cinayəti” adlandırmışdı.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə