Filippində liysan yağışların səbəb olduğu daşqınlar və torpaq sürüşmələrində həyatını itirənlərin sayı 28-ə yüksəlib
SİA əldə etdiyi məlumata istinadən xəbər verir ki, Türkiyənin TRT telekanalı “The New Daily” qəzetinə istinad etdiyi xəbərə görə aprelin 10-11-də Leyte bölgəsinin Baybay şəhərində 4 kənddə baş verən sürüşmə nəticəsində 22 nəfər həyatını itirib, itkin düşən 20 nəfəri xilas etmək üçün başladılan axtarışlar davam edir.
Ölkənin Davao de Ora və Davao Oriental ərazilərində tufanın səbəb olduğu sel və torpaq sürüşmələrində isə 6 nəfər ölüb. Son bir həftədə ölkənin mərkəzi və cənub bölgələrində baş verən 200-ə qədər daşqın səbəbindən 30 min ailə təcili sığınacaqlara köçürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB