Yaponiya Rusiyaya qarşı iqtisadi sanksiyaları genişlәndirir

Yaponiya Rusiyaya qarşı iqtisadi sanksiyaları genişlәndirir

Yaponiya hökuməti fevralın 24-də Ukraynaya müharibə elan edən Rusiyaya qarşı iqtisadi sanksiyaları genişlәndirmәyә davam edir.

SİA-nın əldə etdiyi məlumata görə, Yaponiya Nazirlәr Kabineti 398 Rusiya vətəndaşının və 28 Rusiya təşkilatının aktivlərinin dondurulmasına qərar verib.

Rusiya vətəndaşları arasında prezident Vladimir Putinin qızları Katerina Tixonova və Mariya Vorontsova ilә xarici işlər naziri Sergey Lavrovun həyat yoldaşı da var.

Mәlumata görә, hökumət Yaponiya şirkətlərinə və vətəndaşlarına Rusiya iqtisadiyyatına yeni investisiyalar qoymağı da qadağan edəcək.

Nazirlər Kabinetinin baş katibi Matsuno Hirokazu Rusiya-Ukrayna müharibəsinin daha da dәrinlәşmәsinin qarşısını almaq və tezliklə atəşkəsə nail olmaq üçün Moskvaya qarşı sərt sanksiyaların hәyata keçirilmәsinin vacibliyini vurğulayıb.

Digər tərəfdən, Rusiya kəşfiyyatının ölkədə gizli əməliyyat keçirdiyi tәsbit edildikdən sonra Fransa 6 rus casusunu ‘‘persona non qrata’’ elan edib.

Fransa Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamada, diplomatik mühafizə altında olan və fəaliyyəti Fransanın maraqlarına zidd olan 6 rus casusunun ''persona non qrata'' elan edildiyi bildirilib.

Qeyd edәk ki, Fransa hökumәti aprelin 4-də Rusiyanın ölkədəki 35 diplomatını deportasiya etmәyә qәrar vermişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə