Ukraynanın Xmelnitski bölgəsində təyyarə anqarı vurulub?

İqor Konaşenkov Ukraynanın Xmelnitski bölgəsində bir təyyarə anqarını və Kiyev bölgəsində isə bir arsenalı havadan və qurudan yüksək dəqiqlikli raketlərlə məhv etdiklərini bildirib.
Ukraynanın Xmelnitski bölgəsində təyyarə anqarı vurulub?

Rusiya Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov Ukraynanın Xmelnitski bölgəsində bir təyyarə anqarını və Kiyev bölgəsində isə bir arsenalı havadan və qurudan yüksək dəqiqlikli raketlərlə məhv etdiklərini bildirib.

SİA-nın əldə etdiyi məlumata görə, Konaşenkov Rusiya ordusunun Ukraynadakı müharibədəki hərəkətləri ilə bağlı açıqlamalar verib.

Konaşenkov gecə boyu Ukraynadakı hədəfləri yüksək dəqiqlikli silahlarla vurduqlarını bildirib:

“Havadan və dənizdən yüksək dəqiqlikli raketlərlə Xmelnitski vilayətindəki Starokonstantinov aviabazasında Ukrayna aviasiya maşınları ilə qorunan anqar və döyüş sursatları, Kiyev vilayətində Qavrilovka qəsəbəsi yaxınlığındakı arsenal məhv edilib”.

Rusiya Hərbi Hava Qüvvələrinin Ukraynaya məxsus 32 hərbi obyekti məhv etdiyini qeyd edən Konaşenkov bunların arasında S-300 hava hücumundan müdafiə raket sistemini idarə edən radar sistemi və BUK-M1 hava hücumundan müdafiə raket sistemi olduğunu qeyd edib.

Rusiya Hərbi Hava Qüvvələrinin Ukraynanın 42 hərbi obyektini məhv etdiyini qeyd edən mətbuat katibi Konaşenkov “Ukrayna ordusuna məxsus bu günə qədər 130 təyyarə, 99 helikopter, 244 hava hücumundan müdafiə raket sistemi 917 haubitsa və minaatan, 2 min 46 şəxsi hərbi maşın məhv edilib” deyib.

Dünən axşam saatlarında Mariupolda bir qrup Ukrayna əsgərinin mühasirədə olan fabrik yerindən qaçmaq cəhdinin uğursuzluqla nəticələndiyini izah edən Konaşenkov, zirehli maşınlarla şəhərin şimalına doğru qaçmağa çalışan 100-ə yaxın ukraynalı əsgərin toplarla qarşısının alındığını bildirib.

Konaşenkov 50-yə yaxın ukraynalı əsgəri zərərsizləşdirdiklərini, onlardan 42-nin təslim olduğunu bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə