Alman sahibkarlardan Şolza dəstək..?

Almaniya kansleri Olaf Şolz alman sahibkarlarla Rusiyaya qarşı sanksiyaların biznesə təsirini müzakirə edib
Alman sahibkarlardan Şolza dəstək..?

Almaniya kansleri Olaf Şolz alman sahibkarları ilə anti-Rusiya sanksiyalarının biznesə təsirini müzakirə edib.

SİA-nın əldə etdiyi məlumata görə, TASS bunu Almaniyanın Nazirlər Kabinetinin mətbuat xidmətinə istinadən xəbər verir.

Beləliklə, xəbər verildiyi kimi, şirkətlər Ukraynadakı xüsusi hərbi əməliyyata görə Rusiyaya qarşı sanksiya tədbirlərini dəstəklədiklərini və artıq ortaya çıxan təchizat zəncirində müşahidə edilən çətinliklərə işarə etdiklərini də bildiriblər: “Təchizat zəncirlərinin bütövlüyünü qorumaq federal hökumət üçün əsas vəzifə olaraq qalır”.

Söhbətdə enerji qiymətlərinin dinamikasına da xüsusi diqqət yetirilib - sahibkarlar qiymət artımı ilə bağlı problemlərdən də danışıblar.

Xatırladaq ki, bundan bir qədər əvvəl Ukrayna prezidenti Vladimir Zelenski Şolzla danışıb və ona Avropa İttifaqının Rusiyaya qarşı altıncı sanksiyalar paketini təqdim etmək ideyasını səsləndirmişdi.

Bundan əlavə, Zelenski və Şolz Avropa İttifaqının Kiyevə həm maliyyə, həm də hərbi sahədə kömək etməsi üçün əlavə imkanlar barədə danışmışdılar.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə