Ukraynada indiyədək 108 tibb mәrkәzinә hücum edilib

Ümumdünya Səhiyyə Təşkilatı Ukraynadakı tibb mәrkәzlәrinә edilәn hücumlarla bağlı bәyanat yayıb
Ukraynada indiyədək 108 tibb mәrkәzinә hücum edilib

Üumdünya Səhiyyə Təşkilatı (ÜST) Ukraynada indiyədək tibb mәrkәzlәrinә 108 dәfә hücum edildiyini açıqlayıb. SİA bu barədə Ukrayna saytlarına istinad edir.

Birləşmiş Millətlər Təşkilatının Cenevrədəki ofisində keçirilən mətbuat konfransında çıxış edən ÜST-nin sözçüsü Bhanu Bhatnagar bolgәdәki səhiyyə sisteminin son vәziyyәti ilә bağlı mәlumat verib.

Bhatnagar qeyd edib ki, tibb mәrkәzlәrinә edilәn hücumlar nәticәsindә indiyәdәk azı 73 nәfәr ölüb, 51 nәfәr dә yaralanıb.

ÜST-nin bölgәyә tibbi ləvazimat göndәrmәyә davam etdiyini vurğulayan Bhatnagar, bu günə qədər Ukraynaya 216 ton təcili və tibbi ləvazimat göndərdiklərini söyləyib.

Bhatnagar Ümumdünya Səhiyyə Təşkilatının paytaxt Kiyevdəki ofisini yenidən açmaq üçün əllərindən gələni etdiklərini ifadə edib.

Bhatnagar hәmçinin Dnipro şәhәrindәki mәrkәzlәrini genişləndirməyi planlaşdırdıqlarını da vurğulayıb.

Ukraynaya tibbi lәvazimat göndәrmәyә davam edәcәklәrini bildirәn Bhatnaqar yaxın günlərdə bəzi xəstəxanaların 15 generator və 20 təcili yardım maşını ilә tәmin edilәcәyini deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə