Amerikalılar Rusiyaya qarşı sanksiyaları dəstəkləyirlır

Amerikalılar qazın qiymətinin artması səbəbindən ciddi maliyyə çətinliklərindən şikayətlənirlər
Amerikalılar Rusiyaya qarşı sanksiyaları dəstəkləyirlır

Hər beş amerikalıdan biri yüksək qaz qiymətləri səbəbindən ciddi maliyyə çətinliyi yaşayır. Bunu, “ABC News”un “Ipsos” ilə birgə keçirdiyi sorğunun nəticələri də göstərib.

Ümumilikdə ABŞ sakinlərinin yarısı maliyyə çətinliklərindən şikayətlənirlər. Amerikalılar qiymət artımına görə məsuliyyət daşıyanlar arasında Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Cozef Baydenin adını çəkiblər. Onlar həmçinin enerji qiymətlərinin artmasında neft şirkətlərini və demokratları günahlandırıblar.

Amma buna baxmayaraq o da maraqlıdır ki, Amerika ictimaiyyəti Rusiyaya qarşı sanksiyaları və Ukraynaya silah verilməsini dəstəkləməkdə davam edirlər. Qeyd edək ki, bunu aparılan araşdırmalar da təsdiq edir.

Daha əvvəl “Reuters” agentliyi Ipsos ilə birgə apardığı sorğuya istinadən məlumat vermişdi ki, ABŞ-da prezident Cozef Baydenin reytinqi rekord həddə - 40 faizə düşüb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə