BMT-nin qadınlar, həlak olan və qaçırılan uşaqlarla əlaqədar açıqlaması

Rusiyanın başlatdığı müharibədə 142 ukraynalı uşağın həyatını itirdiyi açıqlanıb.
BMT-nin qadınlar, həlak olan və qaçırılan uşaqlarla əlaqədar açıqlaması

Rusiyanın başlatdığı müharibədə 142 ukraynalı uşağın həyatını itirdiyi açıqlanıb. SİA bu barədə Ukrayna saytlarına istinad edir.

Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) Fövqəladə Hallar Proqramları üzrə direktoru Manuel Fonteyn Ukraynaya səfərindən sonra Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasında keçirdiyi brifinqdə Rusiya ilə 24 fevraldan bəri davam edən müharibədə 142 uşağın həyatını itirdiyini, 229 uşağın yaralandığını bildirib.

Ukraynada yaşayan təxminən 3,2 milyon uşağın yarısının kifayət qədər qidaya çıxışı olmadığından narahat olduqlarını ifadə edən Fontaine 1,4 milyon insanın infrastruktura edilən hücumlar səbəbiylə suya çıxışının olmadığını vurğulayıb.

Mariupol və Xerson şəhərlərində vəziyyətin daha pis olduğuna diqqət çəkən Manuel Fontaine ölkə daxilində məktəblərin bağlanmasının 5,7 milyon şagirdə təsir etdiyini bildirib.

BMT-nin Ukrayna Qadınlar Bölməsinin direktoru Sima Bahous isə təcavüz və cinsi zorakılıq iddialarının artdığına diqqət çəkərək, müstəqil araşdırma aparılmasına çağırıb.

ABŞ-ın BMT-dəki Daimi Nümayəndəsi Linda Tomas Qrinfild də ukraynalı qaçqınların 90 faizinin qadın və qızlar olduğuna diqqət çəkib və yerli rəsmilərə görə, bəzi ukraynalı qadın və qızların Rusiya əsgərlərinin təcavüzündən xilas olmaq üçün saçlarını qısaltdıqlarına diqqət çəkib.

Rusiyanın BMT-dəki Daimi Nümayəndəsinin müavini Dmitri Polyanski isə iddia edib ki, bu iddialar Rusiya qüvvələrini “etibardan salmaq” məqsədi daşıyan yalanlardır.

Ukraynanın BMT-dəki daimi nümayəndəsi Sergiy Kislytsya da BMT Təhlükəsizlik Şurasındakı çıxışında Rusiyanı ukraynalı uşaqları övladlığa götürmək üçün qaçırmaqda ittiham edib.

Rusiyanın Mariupol və Donetsk kimi yerlərdən uşaqları qaçırdığını iddia edən Kyslytsy "İşğalçılar 121 mindən çox uşağı Ukraynadan çıxarıblar” deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə