Livanda iftar proqramı tәşkil olundu

Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) Livanın Akkar şəhərində 270 kimsəsiz uşaq üçün iftar süfrәsi tәşkil edib.
Livanda iftar proqramı tәşkil olundu

Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) Livanın Akkar şəhərində 270 kimsəsiz uşaq üçün iftar süfrәsi tәşkil edib.

SİA Türkiyə mediasına istinadən xəbər verir ki, Türkiyənin Livandakı səfiri Əli Barış Ulusoy ölkənin şimalındakı Əl-İslami uşaq evində təşkil edilən proqramda çıxış edib.

"Türkiyə Livan və Livan xalqını çox sevir. TİKA ilə birlikdә burada olmağımız bu sevginin göstəricisidir",-deyә Әli Barış Ulusoy qeyd edib.

Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin Livandakı nümayəndəsi Orhan Aydın isә öz növbәsindә deyib: ‘‘Əl-İslami uşaq evi 270 uşağa ev sahibliyi edir. Ramazan ayı münasibətilə burada bütün uşaqlarımıza iftar verdiyimiz üçün şadıq’’.

İnsan Haqları və Azadlıqları Humanitar Yardım Fondu (İHH) isə İsrailin mühasirəsi altında olan Qəzza zolağındakı aztəminatlı ailələrə həftənin 6 günü iftar yeməyi verir.

Bu barədə Türkiyәnin İnsan Haqq vә Azadlıqları Humanitar Yardım Fondunun Qәzzadakı nümayәndәsi Әşrәf Yılmaz məlumat verib.

Qeyd edәk ki, Qәzza zolağı 2006-cı ildәn bәri İsrailin mühasirәsi altındadır.

Bütün xəbərlər Facebook səhifəmizdə