"Müharibənin 47-ci günü Xarkov üçün ağır gün oldu"

Ukraynada Xarkov şəhərinin meri İqor Terexov Rusiyanın bombardmanların intensivliyini artırdığını və hücumlarda bir uşağın öldüyünü açıqlayıb. (YENİLƏNİB)
"Müharibənin 47-ci günü Xarkov üçün ağır gün oldu"

Ukraynada Xarkov şəhərinin meri İqor Terexov Rusiyanın bombardmanların intensivliyini artırdığını və hücumlarda bir uşağın öldüyünü açıqlayıb.

SİA əldə etdiyi məlumata istinadən xəbər verir ki, İqor Terexov videomüraciətlə verdiyi açıqlamada müharibənin 47-ci gününün Xarkov üçün ağır gün olduğunu bildirib.

Terexov bildirib ki, şəhərdəki yaşayış məntəqələri, infrastruktur və Qorki parkı bombalanıb.
O, "Təəssüf ki, yaralananlar var və ən pisi uşaqlarımızdan biri dünyasını dəyişib” deyib.

Ukrayna Baş Qərargahı bildirib ki, Rusiya Donetsk və Luqansk vilayətlərini tamamilə ələ keçirmək planından əl çəkməyib.

Baş Qərargahın "Facebook" hesabından edilən paylaşmada Ukrayna ordusu və xalqının 47-ci gündə də Rusiya hərbi işğalına qarşı qəhrəmancasına müqavimətini davam etdirdiyi bildirilib.

Açıqlamada Rusiya qoşunlarının Mariupolun müəyyən bölgələrində hücum əməliyyatını davam etdirdiyi vurğulanıb:

“Düşmən Donetsk və Luqansk vilayətlərini tam ələ keçirmək planından əl çəkmir”.

Açıqlamada qeyd olunub ki, Rusiya əsgərləri Xarkov şəhərini çoxsaylı buraxılış raket sistemləri ilə qismən mühasirəyə almağa çalışıb.

"Rusiya qoşunları Xerson şəhəri və bölgəsindəki vətəndaşlar üzərində psixoloji təsir yaratmaq üçün tədbirlər həyata keçirir. Onlar Rusiyanın qondarma hərbi əməliyyatını öz əsaslandırmaları ilə izah etdikləri informasiya bülletenləri yayırlar" deyilib.

Açıqlamada Luqansk vilayətində 65 yaşdan aşağı kişilər üçün, xüsusən də birlikdəki əsgər itkilərini doldurmaq üçün səfərbərlik elan edildiyi vurğulanıb:

“Rusiya əsgərləri bu yaşda olan insanları müəyyən etmək və zorla əsgərliyə cəlb etmək üçün ictimai binalara və fabriklərə basqın edirlər”.

Ukraynanın Baş prokuroru İrina Venediktova Ukraynada törədilən 6 min hərbi cinayəti araşdırdıqlarını bildirib.

Hollandiyanın ictimai yayım orqanı "NOS"-da videokonfrans vasitəsilə proqrama qatılan Baş prokuror Venicetova rusların "ukraynalıları məhv etmək" məqsədinin olduğunu və Rusiya əsgərlərinin dinc vətəndaşlara qarşı bəzi bombalı hücumlar və öldürmə əmrini rəhbərlərindən aldığını bildirib.

Rusların Ukraynanı dinc əhaliyə hücumları ilə qorxutmaq və onu ələ keçirmək istədiklərini vurğulayan Venicetova deyib ki, müharibəyə son qoymaq və müharibə cinayətkarlarını cəzalandırmaq üçün beynəlxalq ictimaiyyətin dəstəyini gözləyirik.

Venicetova qeyd edib ki, mümkün hərbi cinayətlərin törədildiyi bütün məqamları, o cümlədən Ukrayna əsgərlərinin törətdiyi “müharibə cinayətləri” iddialarını görmək üçün cəhd göstərilir.

Xatırladıq ki, Rusiya qoşunları fevralın 24-də Ukraynaya hərbi hücum başladıb.

Bütün xəbərlər Facebook səhifəmizdə