Liviyada miqrantları daşıyan qayıq batıb

Liviyanın Surman şəhərinin sahillərində qeyri-qanuni miqrantları daşıyan qayığın batması nəticəsində 4 nəfər həyatını itirib
Liviyada miqrantları daşıyan qayıq batıb

Beynəlxalq Miqrasiya Təşkilatının (IOM) Liviyadakı ofisinin sosial media hesabında bu barədə açıqlama verilib. SİA-nın əldə etdiyi məlumata görə, batan gəminin göyərtəsində ən az 20 nəfər olub. 4 nəfərin həyatını itirdiyi və iki nəfərin sağ xilas edildiyi qəza nəticəsində 14 qeyri-qanuni miqrat itkin düşüb.

Beynəlxalq Miqrasiya Təşkilatının hesabatına görə cari ilin əvvəlindən bəri ən azı 475 qeyri-qanuni miqrant mərkəzi Aralıq dənizini keçməyə cəhd edərkən həlak olub.

Bütün xəbərlər Facebook səhifəmizdə