Dünya Bankı Ukraynaya 1,5 milyard dollar məbləğində yardım verəcək

Dünya Bankı Ukraynaya 1,5 milyard dollar məbləğində yardım verəcək

Dünya Bankı Ukraynada əhaliyə dövlət xidmətlərinin göstərilməsinə dəstək məqsədilə 1,5 milyard dollar məbləğində yardım ayırıb.

SİA-nın məlumatına görə, bunu Dünya Bankının prezidenti Devid Melpas deyib.

O bildirib ki, qurumun donor ölkələri həmin məbləğin Ukraynaya təqdim olunmasına razılıq verib.

Bundan başqa, Moldova üçün də 100 milyon dollar məbləğində yardım nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə