Donetskdə qalib gələn tərəf müharibənin taleyini həll etmiş olacaq - POLİTOLOQ ŞƏRH ETDİ
“Consonun səfərinin kifayət qədər ciddi siyasi və hərbi əhəmiyyəti oldu. İndi Ukraynaya daha ağır və öldürücü silahların göndərilməsi gündəmdədir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Züriyyə Qarayeva bildirib.

Onun sözlərinə görə, artıq tankların, piyadaların döyüş maşınlarının, hava hücumundan müdafiə sistemlərinin göndərilməsinə başlanıb: “Böyük Britaniya isə Ukraynanı daha təkmil və uzaqvuran raketlərlə təmin etməyə hazırlaşır. Bu raketlər Donetsk istiqamətində döyüşlərdə istifadə olunacaq. Çünki Donetskdə qalib gələn tərəf müharibənin taleyini həll etmiş olacaq. Boris Consonun bu səfəri Rusiyaya bir mesaj idi ki, artıq əzilmisiniz. Bu günə kimi xeyli rus silahları vurulub, 20 minə yaxın itkisi var. Rusiya döyüşdükcə, Qərbdən hərbi yardımlar azalmır. Moskva bu gedişatı hesablamamış deyil. Üstəlik, Donbasda olan Ukrayna qoşunları daha təcrübəlidirlər, 7-8 ildir döyüş meydanındadırlar və onlarla baş etmək çətin olacaq. Consonun səfərinin siyasi mesajı isə ondan ibarət idi ki, Ukrayna xalqına ruh verdi və Rusiyaya göstərdi ki, bundan sonra rus ordusu Kiyevə doğru hücum etməyi ağlından belə keçirməsin. Mənə belə gəlir ki, rus ordusu Kiyevə daha həmlə etməyəcək və ölkənin şərq istiqamətində döyüşlər alovlanacaq. Ardınca Avropa rəsmilərinin səfərləri də göstərir ki, Qərb Ukraynanı sona qədər qorumağa çalışacaq”.
Səbinə Hüseynli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB