Hər küncdə cəsəd var

Ukraynada rus ordusundan azad edilən Kiyev, Buça və ətraf şəhərlərin demək olar ki, hər yerində dinc əhalinin cəsədlərinə rast gəlinir. SİA xarici mətbuata istinadən xəbər verir ki, bölgədə indiyədək 1222 mülki şəxsin cəsədi tapılıb.

Zelenski deyib ki, təkcə Mariupolda on minlərlə insan öldürülmüş ola bilər.
Rusiyanın fevralın 24-də başlatdığı Ukraynaya təcavüz cəhdinin 47-ci günündə yaşanan vəhşiliyin izləri üzə çıxmağa davam edir. Paytaxt Kiyev və Buça kimi Rusiya işğalından azad edilmiş şəhərlərdə də 1222 mülki şəxsin cəsədi tapılıb.

Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə