Dövlət Dumasının spikeri Vyaçeslav Volodin Rusiya hərbçilərinin Ukraynadakı hərəkətlərini tənqid edən rusları vətəndaşlıqdan məhrum etməyi təklif edib.
SİA bu barədə “UNN” saytına istinad edir.
“...Onlar bəyanatlar verirlər, onları öz şəxsi əqidələri kimi, sülh uğrunda mübariz kimi təqdim edirlər və sonda bunların NATO ölkələrindən hansı birininsə səhnə əsəri olduğu ortaya çıxır ki, sonradan icraçı aktyorlara Dövlət Departamentinin peçenyeləri paylanır”.
Deyim ki, bunu da spiker Vilodin ərz edib. Amma bu dəfə o Rusiyadakı Birinci Kanalın keçmiş əməkdaşı Marina Ovsyannikovanın “Welt” telekanalında işə düzəlməsi ilə bağlı məlumatı belə şərh edib.
Xatırlamış olarsınız, bir müddət bundan əvvəl Birinci Kanalda Ovsyannikova müharibə əleyhinə posterlə "Vremya" verilişinin studiyasına girərək Ukraynadakı müharibəyə qarşı çıxış etmişdi. Sonradan işindən (görən təkcə işimdənmi?) uzaqlaşdırılan Marina Ovsyannikovanı Almaniyanın “Welt” telekanalı işlə təmin edib.
...Volodinin sözlərinə görə, rusların böyük əksəriyyəti “Ukraynada xüsusi hərbi əməliyyatı” dəstəkləyir, lakin onun sözlərinə görə, “qabaq, xain” davrananlar da var.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB