ABŞ Müdafiə Nazirliyinin bir sıra rəsmiləri bildiriblər ki, Birləşmiş Ştatlar və Ukrayna Rusiyanın bu ölkənin şərqində və cənubunda apardığı hərbi kampaniyanın intensivləşməsinə qarşı yönəlmiş təhlükəsizlik yardımının yeni mərhələsi üzrə intensiv danışıqlar aparır.
SİA əldə etdiyi məlumata istinadən xəbər verir ki, hazırlanan yardım paketi ABŞ-ın daha əvvəl Ukraynaya verdiyi tank əleyhinə silahlar olan daha çox dron və “Javelin”lərdən ibarət ola bilər.
ABŞ həmçinin Avropadakı tərəfdaşları və müttəfiqləri ilə Ukraynaya öz ehtiyatlarından hansı əlavə uzun mənzilli hava hücumundan müdafiə sistemləri, tanklar, zirehli texnikalar və artilleriya verə biləcəyini öyrənmək üçün danışıqlar aparır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB