Putin Avstriya kanslerine sanksiyalara baxmayaraq Donbası azad etmək niyyətini təsdiqləyib
Putin qərarında usrarlıdır...

Avstriya kansleri Karl Nehammer Moskvada Rusiya prezidenti Vladimir Putinlə danışıqlardan sonra Rusiya liderinin bütün sanksiyalara baxmayaraq Donbass məsələsini “həll etmək” niyyətində olduğunu bildirib.

SİA bu barədə “rambler”ə istinad edir.

Beləliklə, avstriya kanslerin dediyinə görə, Putin açıq şəkildə sanksiyaların Rusiya Federasiyası üçün ağır olduğunu etiraf edib. Lakin buna baxmayaraq o, nəyin bahasına olursa, olsun Donbassdakı vəziyyəti həll edəcəyini bildirb.

Yeri gəlmişkən, Nehammer Ukraynada hərbi xüsusi əməliyyat başlayandan sonra Rusiya lideri ilə danışıqlar aparan bir ölkənin - Avropa İttifaqının üzvü olan ölkənin ilk hökumət başçısı olub. Qeyd edək ki, bundan əvvəl Avstriya kansleri Kiyevdə Ukrayna prezidenti Vladimir Zelenski ilə danışıqlar aparıb.
Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə