Lukaşenka Rusiyaya işgüzar səfərə gedib.
SİA APA-ya istinadən xəbər verir ki, Belarus Prezidenti Aleksandr Lukaşenkonun təyyarəsi Rusiyanın Uzaq Şərqinə gəlmək üçün havaya qalxıb.
Aprelin 12-də Rusiya Prezidenti Vladimir Putinlə görüş planlaşdırılır.
Onlar birlikdə Amur vilayətindəki Vostoçnıy kosmodromuna baş çəkəcək, orada raket buraxılışı kompleksinin tikintisi ilə tanış olacaq və danışıqlar aparacaqlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB