"Beşiktaş"dan ayrılacaq üç futbolçu dəqiqləşdi

"Beşiktaş"dan ayrılacaq üç futbolçu dəqiqləşdi

Bu mövsümün sonunda "Beşiktaş"dan ayrılacaq futbolçular müəyyənləşib.

SİA Qol.az-a istinadən xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin idman direktoru Ceyhun Kazancı məlumat verib. O, bu mövsümün sonu müqaviləsi başa çatacaq Kayl Larinlə razılığa gələ bilmədiklərini deyib. Klub rəsmisi "Beşiktaş"da icarə əsasında çıxış edən Mişi Batşuayinin "Çelsi"yə, Miralem Pyaniçin "Barselona"ya qayıdacağını söyləyib.

C.Kacancı Aleks Teyşeyra ilə bağlı isə bu mövsümün sonu qərar verəcəklərini vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə