...Elə bil sevincəyə düşüblər, təbii ki, bütün bunlar "cəzasızlıqdandır"... budur, Fransa Xarici İşlər Nazirliyi daha altı rusiyalı diplomatı “persona non-qrata” elan edib ölkədən qovur. SİA bu barədə “TASS”a istinad edir.
Ölkənin Xarici İşlər Nazirliyi bildirib ki, Daxili Təhlükəsizlik Baş İdarəsi (DGSİ) uzun sürən araşdırmadan sonra Rusiya xüsusi xidmət orqanlarının Fransada həyata keçirdiyi gizli əməliyyatdan xəbər tutub.
Fransa Xarici İşlər Nazirliyinin bəyanatında deyilir: “Diplomatik pərdə altında işləyən və milli təhlükəsizlik maraqlarına zidd hərəkətlər edən altı rus agenti “persona non qrata” elan edilib”.
Fransa Xarici İşlər Nazirliyi Rusiya səfirliyinin nazir-müşavirini diplomatların ölkədən çıxarılması barədə məlumatlandırmaq üçün çağırıb.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova da öz növbəsində fransızlara “qalsın qulluğunuzda” deyib, yəni Rusiya diplomatlarının Fransadan çıxarılmasına Moskvanın “lazımi cavab” verəcəyini vəd edib.
Xatıarladaq ki, bundan bir qədər əvvəl Paris 35 rus diplomatını öz ərazisindən çıxarmaq niyyətində olduğunu bəyan etmişdi.
Yeri gəlmişkən, Fransa Xarici İşlər Nazirliyinin kommünikesində qovulan rus əməkdaşlarının Fransanın təhlükəsizlik maraqlarına zidd fəaliyyətlərlə məşğul olduqları bildirilir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB