Almaniya kansleri Olaf Şolz Rusiya prezidenti Vladimir Putini Ukraynada atəşkəsə nail olmaq üçün səy göstərməyə çağırıb. O, bu fikri bazar ertəsi Albaniyanın baş naziri Edi Rama ilə birgə keçirdiyi mətbuat konfransında bildirib.
“...Biz birlikdə Rusiya prezidenti Vladimir Putini atəşkəslə razılaşmağa, əhaliyə humanitar yardımın çatdırılmasına icazə verməyə və həqiqi sülh danışıqları aparmağa çağırırıq”-deyən
Şolz ATƏT üzvlərinin Avropada ümumi təhlükəsizlik naminə bir-biri ilə işləmək barədə razılığa gəldiyini də bəyan edib. SİA bu barədə “rambler”ə istinad edir.
Qərbi Balkanların Almaniya üçün strateji əhəmiyyətə malik olduğunu deyən Şolz, ölkəl sərhədlərinin toxunulmazlığı prinsipinə də sadiqliyi xatırladıb. Heç kimin sərhədləri köçürməyə cəhd etməməyi, dövlətlərin suverenliyini tanımaq öhdəliyi götürdüyünü bildirib.
Albaniyanı Avropanın, o cümlədən Avropa ailəsinin bir hissəsi kimi təqdim edən Şolz ölkəsinin Albaniya və Şimali Makedoniyanın Avropa İttifaqına daxil olması ilə bağlı danışıqların mümkün qədər tez başlamasını fəal şəkildə müdafiə edəcəyini bildirib.
Maraqlıdır ki, almaniyalı kansler Albaniyanı Rusiyaya qarşı sanksiyalarda “yüz faiz” iştirakına görə təşəkkür də edib.
Almaniyanın Ukrayna hakimiyyətinə hərbi dəstək verməyə davam edəcəyini gizlətməyən Şolz, bütün bunları balanslı şəkildə və müttəfiqlərlə koordinasiyalı şəkildə edəcəyini bildirib.
“...Biz Ukraynanı tanklar, hava hücumundan müdafiə raketləri, döyüş sursatları və sair silahlarla təmin etmişik. Biz Ukraynanı bundan sonra da dəstəkləməyə davam edəcəyik. Bunu bütün dostlarımızla sıx əməkdaşlıq, sıx koordinasiyada edirik” - deyən kansler, burada heç bir təktərəfli addımların olmayacağını, lakin bütün bunların birgə və diqqətlə ölçülən hərəkətlər olacağını da etiraf edib.
Yeri gəlmişkən, ötən gün Almaniyanın xarici işlər naziri Annalena Burbok Kiyevin ağır silahlara ehtiyacı olduğunu və indi bu məsələdə bəhanə axtarmağın vaxtı olmadığını vurğulayıb.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB