İndoneziya-ABŞ birgə hərbi təlim keçirəcək

İndoneziya-ABŞ birgə hərbi təlim keçirəcək

TRT-nin CNN-ə istinad etdiyi xəbərinə görə, bu barədə İndoneziya ordusundan məlumat yayılıb. SİA bu barədə Türkiyə mətbuatına istinad edir.

Bildirilib ki, 1-14 avqust tarixlərində keçirilməsi planlaşdırılan “Garuda Shield 2022” təliminə İngiltərə, Avstraliya, Yaponiya, Malayziya, Sinqapur və Kanada da daxil olmaqla, ümumilikdə 14 ölkə iştirak edəcək. Hər il təşkil edilən ikitərəfli təlimə 14 ölkədən əsgərlərin qatılacağı ifadə edilən açıqlamada qeyd edilib ki, təlim zamanı canlı atış, xüsusi əməliyyatlar və aviasiya kimi mövzular diqqət mərkəzində olacaq. Təlimə qatılacaq ölkələrdən neçə əsgərin olacağı barədə məlumat verilməyib.

ABŞ ordusu və ABŞ-ın Cakartadakı səfirliyi təlimlərlə bağlı məlumat paylaşmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə