Bu il britaniyalı ailələrin real istifadədə olan gəlirlərinin azalması üç faizə qədər ola bilər ki, bu da 1950-ci illərdən bəri yaşayış standartlarının rekord dərəcədə aşağı düşməsi ilə nəticələnəcək. Bu barədə Britaniya İqtisadiyyat və Biznes Araşdırmaları Mərkəzinin (CEBR) hesabatında deyilir.
Bir qayda olaraq, yaşayış səviyyəsinin aşağı düşməsi yavaş artım, yüksək inflyasiya və ya ən pis halda bu iki amilin birləşməsindən qaynaqlanır. Bunu ekspertlər deyirlər. Onlar hələ də Böyük Britaniya iqtisadiyyatının bu il artacağını gözləyirlər. Bununla belə, enerji qiymətlərinin artması ev təsərrüfatlarının gəlirlərinin inflyasiya ilə ayaqlaşa bilməyəcəyi anlamına gələcək. Nəticədə, yaşayış səviyyəsinin aşağı düşməsi ölkənin zəif iqtisadi artımına və xüsusən də işsizlik səviyyəsinin artmasına səbəb olacaq.
Qeyd edək ki, bu gün britaniyalılar elektrik enerjisi üçün son altı ayla müqayisədə 54 faiz, keçən illə müqayisədə isə 73 faiz çox ödəyəcəklər. Artıq benzinin qiyməti illik müqayisədə 30 faiz, dizel yanacağı isə 36 faiz bahalaşıb.
Bundan əlavə gələn aylarda inflyasiyanın daha 2,5 faiz bəndi artacağı gözlənilir. İngilislərin dediyinə görə, bu ölkədəki maaş artımını xeyli qabaqlayır.
Burada, “imanımı yandırmayacağımı” etiraf edib bildirim ki, bunları ruslar yazır və bunu da əlavə edirlər: “...Böyük Britaniyanın xarici işlər naziri Liz Truss ölkəsinin beynəlxalq arenada tam təcrid olunmasına nail olmaq üçün Rusiyaya qarşı sanksiyaları sərtləşdirməyə davam edəcəyini bildirib”.
...Hə, indi, gəl baş aç, görüm necə açırsan...
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB