Nyu-Yorkda partlayış səsi çaxnaşmaya səbəb olub. SİA xarici mətbuata istinadən xəbər verir ki, hadisə Nyu- Yorkun ən sıx və turistik bölgəsi olan Taymsda baş verib. Tayms meydanında eşidilən partlayışlar böyük panikaya səbəb olub. Partlayış səsindən sonra ətrafdakı yüzlərlə insan ərazidən qaçıb. Çaxnaşma anları ətrafdakı insanlar tərəfindən saniyə-saniyə qeydə alınıb. Sosial şəbəkələrdə yayılan görüntülər tezliklə viral olub. Qısa müddətdə hadisə yerinə polis qrupları sövq edilib.
Hadisə kabel nasazlığı səbəbindən baş verib və sözügedən nasazlığın lyukda partlayışa səbəb olduğu bildirilib.
Müəllif: Abutel İlhamqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB