Rusiyada binada partlayış olub, 6 nəfər ölüb

Rusiyada binada partlayış olub, 6 nəfər ölüb

Aprelin 11-də Moskva yaxınlığındakı Stupinodakı yaşayış evində qaz partlaması nəticəsində 6 nəfər həlak olub, 19 nəfər yaralanıb. SİA əldə etdiyi məlumata istinadən xəbər verir ki, bu barədə fövqəladə hallar xidmətindəki mənbə məlumat verib.

“Stupinoda yaşayış binasında qaz partlayışı olub, 6 nəfər həlak olub. Ölənlər arasında üç uşaq var, dağıntılar altında insanların qalma ehtimalı yoxdur". Bunu TASS-a bildirib.

Moskva vilayəti üzrə Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, qaz partlayışı evin dördüncü mərtəbəsində, 55 nömrəli mənzildə baş verib. Hazırda xilasedicilər dağıntıları təmizləyirb, zibilləri daşır. Mənbə əlavə edib ki, qurbanların sınıqları və kəllə-beyin travmaları var. Dörd mənzil tamamilə dağılıb, daha beş mənzilə ziyan dəyib. Moskva vilayətinin məlumatına görə, bu gün 260-dan çox insan partlayışın nəticələrini aradan qaldırır. Hadisə yeriə xidməti itlər gətirilib. Zərərçəkənlərə Rusiya Fövqəladə Hallar Nazirliyinin psixoloqları kömək edir.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə