"...Demək olar ki, bütün beynəlxalq təşkilatlar, eləcə də Ermənistan Mərkəzi Bankı Ermənistan üçün 2022-ci ildə iqtisadi proqnozları kəskin şəkildə pisləşdiriblər. Hazırda ilin sonuna qədər guya bizim təxminən 1,5 faiz səviyyəsində iqtisadi artımımızın olacağı deyilir. Deyim ki, əgər bu real olarsa, bu bizim üşün böyük uğur olar”.
Bunu ermənilər deyir, amma nədənsə bunun da tam reallaşa biləcəyinə tərəddüd edirlər. Təbii ki, niyəsini özləri daha yaxşı bilirlər.
...Maraqlıdır ki, ermənilər bu il ölkədə artım baxımından yalnız kənd təsərrüfatı istehsalı ilə bağlı müəyyən “inkişafa” nail ola biləcəklərinə ümid edirlər. Bu ümidi onlarda əvvəlki illərdən fərqli olaraq, bu il Ukrayna və Rusiyanın kənd təsərrüfatı sahələrində mövsümi işləməyə gedən ermənilərin bu il getməyib Ermənistanda qalıb işləyəcəkləri verir.
Amma məsələ bundadır ki, bu il Ermənistanin kənd təsərrüfatı inkişafında qazanacağı hər hansı bir böyük uğura elə böyük tərəddüd edən erməni fermerləri də artıq indidən baş qaldırmağa başlayıblar. Maraqlıdır, görən bunları Ermənistanın kənd təsərrüfatının inkişafı ilə bağlı tərəddüdə sövq edən nədir?
Məsələn, onlar tərəddüdləri üçün əsas gətirib deyirlər ki, 2020-ci ildə bizim bu “zəhmətkeş erməni kənd təsərrüfatı işçiləri” COVID-19 pandemiyası səbəbindən Ukrayna və Rusiyanın kənd təsərrüfatını “şaxələndirmək” üçün gedə bilmədikləri üçün Ermənistanda qalıb işləməli oldular. Amma nəticəsi nə oldu... həmin il Ermənistanda kənd təsərrüfatı istehsalı artmaq əvəzinə, əvvəlki illə müqayisədə 4 faizdən də çox azaldı.
...Deyim ki, əslinə qalanda erməni olanda nə olasıda ki, onların da imanı, dini, özləri demiş, dünyanın ən “yaşlılarındandır”. Yəni indi özlərinin deyib-deməməsindən asılı olmayaraq, reallıq göz qabağındadır. Belə ki, hazırda ölkədəki səpinlə bağlı problemlər, deyim ki, torbaynan, yox , yox topba balaca olar...ləyənnəndir.
Öünüz deyin, səpin başlayır, amma... toxumlar, dizel yanacağı, gübrələr və pestisidlərin qiyməti od tutub yanır. Rusların da indi başı öz problemlərinə qarışıb deyə, daha ermənilərə əvvəlki kimi “görüm-baxım” etməyə vaxt tapa bilmir.
Paşinyan da ki, bu sahədə naşıdır deyə, əvvəldən müvafiq ehtiyatlar yaratmaqla məşğul olmayıb. Bir müddət əvvəl erməni fermerlərə, dünyanın ən böyük gübrə istehsalçısı olan Rusiyadan “təbii gübrə” gətirdib paylayacağına söz verən Paşinyan, deyəsən bu dəfə də onların yanında üzüqara olacaq. Çünki bu gün artıq “maddi və mənəvi cəhətdən” tənəzzül keşirən Rusiya ermənilərə daha müftə nəsə vermək niyyətində deyil.
Nə etməli? Qərbin də ermənilərə “gəl-gəl” deyib “nəvaziş” göstərməsi, özləri demiş, elə də inandırıcı görünmür. Doğrudur, Paşinyan hökumətinin Ermənistanın “ayrı-ayrı” inkişaf sahələri ilə bağlı verdiyi proqnozlara baxanda adamın “ürəyi dağa” dönür. Hətta az qala bunun real olduğuna belə inanmaq istəyirsən. Amma ölkədəki yaşamla bağlı reallıq başqa şeylər deyir.
Erməni etirafına görə, əslində, bu gün seçim edib xarici ticarəti “şaxələndirilmək”, daha nə bilim nələrə baş vurmaq onlar üçün elə də böyük önəm kəsb etmir. İndi, yenə də əksər ermənilər demiş, əsas məsələ yaşamaq məsələsidir. Bu gün dünyadakı yaşantılar qarşıdakı illərin çətin olacağından xəbər verir. Bunun üçün də, ermənilərə görə “... biz hələ Rusiyadan möhkəm yapışmalıyıq. Necə deyərlər bu gün Ermənistanın Rusiyanın təsir orbitini tərk etməsi zərurəti haqqında danışmaq ən azı intihara meyilli görünür”.
...Necə deyərlər, bu təkzibolunmaz erməni etirafıdır.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB