Yoluxanların sayı 1 526 666 nəfərə çatıb

Yoluxanların sayı 1 526 666 nəfərə çatıb

Pakistanda son 24 saat ərzində 98 yeni koronavirus hadisəsi qeydə alınıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, yoluxanların ümumi sayı 1 526 666 nəfərə çatıb. Ardıcıl ikinci gündür ki, ölkədə 100-dən az hadisə barədə məlumat verilir. Son səkkiz gün ərzində ölüm faktı qeydə alınmayıb.

Ümumi yoluxmaların sayı 1,526,666-ya yüksəldi və ölənlərin sayı 30,361 olaraq qalır. Ölkədə pozitivlik nisbəti 0,43 faiz təşkil edir.

Arzu Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə