Rus hərbiçiləri qatar stansiyasını vurub

Rus hərbiçiləri qatar stansiyasını vurub

Ukraynanın Donetsk vilayətinin qubernatoru Pavlo Kurulenko Ukraynanın Kramatorsk şəhərində qatar stansiyasına hücumda ölənlərin sayının 57-yə yüksəldiyini açıqlayıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Rusiyanın Ukraynaya hücumları hələ də davam edir. Aprelin 8-də Ukraynanın Donetsk vilayətinin Kramatorsk şəhərində evakuasiyasını gözləyən mülki vətəndaşların qatar stansiyasına Rusiya ordusu tərəfindən həyata keçirilən hücumun balansı artıb. Donetsk qubernatoru Pavlo Kurulenko Kramatorskda qatar stansiyasına edilən hücumda artan can itkisi ilə bağlı açıqlama verib. Ölənlərin sayı 57-yə çatıb, 109 mülki şəxs isə yaralanıb.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə