"Əsəbi" oğul valideynlərindən inciyib deyə onları öldürüb

"Əsəbi" oğul valideynlərindən inciyib deyə onları öldürüb

Rusiyada dəhşətli qətlin üstü açılıb.

SİA-nın əldə etdiyi məlumata görə, hadisə Saratov vilayətinin ikinci böyük şəhəri olan Engelsdə qeydə alınıb.

Martın 7-nə keçən gecə şəhərin Engels şəhərinin Lenin küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında 34 yaşlı kişi 56 yaşlı atası və 57 yaşlı anasının mənzilinə qonaq gedib. Valideynlərinə qarşı uzun müddət davam edən incikliyinə görə, toxmaq ilə silahlanmış oğul əvvəlcə atasının yatmağını gözləyib.

Yatmış atasının başına toxmaq ilə çoxsaylı zərbələr vuran oğul daha sonra onu boğub. O, anasını da eyni şəkildə qətlə yetirib. Cinayətin izlərini gizlətmək üçün isə valideynlərinin cəsədlərini eyvana aparıb.

Bütün xəbərlər Facebook səhifəmizdə