Filippində qasırğa ciddi dağıntılara səbəb olub

Filippində qasırğa ciddi dağıntılara səbəb olub

Filippində “Meqi” tropik qasırğası ciddi dağıntılara səbəb olub.

SİA APA-ya istinadən xəbər verir ki, təbii fəlakətlə əlaqədar 30 mindən çox ailə təxliyə edilib. Şiddətli külək nəticəsində 2 nəfər xəsarət alıb. Ölən və itkin düşənlər barədə məlumat yoxdur.

Qasırğa nəticəsində 60 ev fağılıb, 200-dək subasma qeydə alınıb. Fəlakət zonasında infrastruktur obyektlərinə ziyan dəyib, yol və körpülər zədələnib. Məktəblərdə dərslər təxirə salınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə