ABŞ Ukraynaya MiQ-29 qırıcılarını verməkdən imtina edib

ABŞ Ukraynaya MiQ-29 qırıcılarını verməkdən imtina edib

Amerika Birləşmiş Ştatları hələ də sovet istehsalı olan qırıcıların Almaniya ərazisindən Ukraynaya ötürülməsi ideyasını dəstəkləmir.

SİA-nın əldə etdiyi məlumata görə, bunu “NBC” televiziyasına müsahibəsində Amerika liderinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan deyib.

Onun sözlərinə görə, Şərqi Avropada bir ölkə Kiyevə MiQ-29 və ya digər sovet istehsalı olan təyyarələr göndərmək arzusunu ifadə edərsə, bu, onların öz qərarı olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə