42 ölkə Haaqa məhkəməsinə müraciət edib...

...Ukraynadakı müharibəyə görə
42 ölkə Haaqa məhkəməsinə müraciət edib...

Rusiyanın Ukrayna ərazisində törətdiyi cinayətlərin təhqiqatına 40-dan çox ölkə qoşulub.

SİA-nın əldə etdiyi məlumata görə, bunu ölkənin ədliyyə naziri Denis Malyuska bildirib.

Onun sözlərinə görə, Ukraynanın hər yerindən ekspertlər Buçadakı sübutların toplanması üzərində işləyirlər, lakin belə cinayətlərin sayı o qədər çoxdur ki, kifayət qədər resurslar yoxdur:

“Artıq 42 ölkə Haaqadakı beynəlxalq məhkəməyə müraciət edib, hərbi cinayətlərin beynəlxalq səviyyədə araşdırılmasına başlanılıb, bu ölkələrin müraciəti Ukrayna üçün proseduru sadələşdirib və sürətləndirib”.

Bütün xəbərlər Facebook səhifəmizdə