Yunanlar ruslara üzrxahlıq ərizəsi təqdim ediblər

Yunanlar ruslara üzrxahlıq ərizəsi təqdim ediblər

Rusların “rambler” saytının yazdığına görə, yunanlar Rusiya səfirliyinə hökumətlərinin hərəkətlərinə görə üzrxahlıq ərizəsi təqdim ediblər. SİA bu barədə həmin mənbəyə istinad edir.

Beləliklə, “Ellenizm şəbəkəsi” ictimai təşkilatının nümayəndələri Yunanıstan hökumətinin hərəkətlərinə və Ukraynadakı vəziyyətlə bağlı nümayiş etdirdikləri mövqelərinə görə Rusiyanın Afinadakı səfirliyinə üzrxahlıq ərizəsi təqdim ediblər.

“Yunanlar adından, Rusiya diplomatlarını Yunanıstandan qovmaqla yunanları demokratlar və pravoslav xristianlar kimi təhqir edən hökumətin tariximizdəki təhqiramiz davranışına görə üzr istəyirik...”

Saytın yazdığına görə, yunanlar bu üzürxahlıq ərizəsinin üstünə yaxşı bir gül dəstəsi də qoyublar.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə