Finlandiya və İsveç Ukraynadakı hərbi əməliyyatlar fonunda uzunmüddətli neytrallıqlarından əl çəkərək NATO-ya üzv olmaq imkanlarını nəzərdən keçirməyə başlayıblar.
Beləliklə hər iki dövlət bu yay NATO-ya daxil olmağı planlaşdırır.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “RİA Novosti” Britaniyanın “Times” qəzetinə istinadən xəbər verir.
Adını açıqlamayan ABŞ rəsmilərinin nəşrə verdiyi məlumata görə, iki yeni ölkənin NATO sıralarına daxil olması Şimali Atlantika alyansının xarici işlər nazirlərinin danışıqlarında çoxsaylı görüş və söhbətlərə səbəb olub. Beləliklə, iyun ayında Finlandiyanın, daha sonra isə İsveçin müraciət edəcəyi gözlənilir.
“Times” qəzetinə müsahibə verən avropalı diplomatlar İsveç və Finlandiyanın NATO-nun imkanlarını, xüsusən də kəşfiyyat məlumatlarının toplanması və hava qüvvələrinin gücləndirilməsi sahələrində genişləndirəcəyini bildiriblər. Diplomatlardan biri hər iki ölkənin alyansda "əsl oyunçular" olacağına inandığını bildirib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB