Ukrayna prezidenti Vladimir Zelenski Almaniya kansleri Olaf Şolzla söhbətindən sonra Almaniyanın mövqeyinin Ukraynanın xeyrinə dəyişdiyini bildirib.
SİA bu barədə “UNİAN” saytına istinad edir.
Prezident Zelenski “Facebook” sosial şəbəkəsində yayımladığı videomüraciət zamanı deyib: “Bu gün mən Almaniya kansleri Olaf Şolzla müharibə cinayətlərinə görə məsuliyyət daşıyanların hamısını necə məsuliyyətə cəlb etmək barədə danışdım. Rusiyaya qarşı sanksiyaları necə gücləndirmək və Rusiyanı sülhə nail olmağa necə məcbur etmək barədə danışdım. Qeyd etməkdən məmnunam ki, son vaxtlar Almaniyanın mövqeyi Ukraynanın xeyrinə dəyişir. Mən bunu tamamilə məntiqli hesab edirəm. Çünki bu kursu alman xalqının əksəriyyəti dəstəkləyir. Mən ona minnətdaram”- deyə Zelenski bildirib.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB