Ukraynada "dezerter"lik edənlər cəzalandırılacaq

Ukraynada "dezerter"lik edənlər cəzalandırılacaq

Ukrayna Ali Radasına hərbi xidmətə yarayan kişilərin ölkə ərazisində müharibə zamanı iştirak etmədiklərinə görə cəzalandırılmasını nəzərdə tutan qanun layihəsi təqdim edilib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov məlumat verib

Qanun layihəsinə əsasən, müharibə şəraitində Ukraynanın dövlət sərhədini keçən hərbi yaşda olan kişi vətəndaşların vergi tutulmayan minimum gəlirinin 5000-dən 10.000-ə qədər məbləğində cərimə olunacaq və ya 3 ildən 5 ilədək müddətə azadlıqdan məhrum ediləcək.

Hərbi qulluqçular və hərbi xidmət keçməli olan şəxslər, səfərbərlik zamanı hərbi xidmətə çağırılmalı olan ehtiyatda olanlar, habelə dövlət və ya yerli özünüidarəetmə orqanlarının funksiyalarını yerinə yetirmək səlahiyyəti olan şəxslər eyni əməllərə görə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaqlar.

Sərhədi yenidən keçməyə, bir qrup şəxsin və ya vəzifəli şəxslərin öz qulluq mövqeyindən istifadə edərək qanunsuz olaraq ölkədən getməsinə görə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 8 ildən 12 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaqlar.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com