Avropa İttifaqının 27 ölkəsinin xarici işlər nazirləri bu gün planlaşdırılan iclasda Ukraynadakı vəziyyəti müzakirə edəcəklər. SİA-nın öz qaynaqlarından əldə etdiyi məlumata görə, iclasda Rusiyaya qarşı növbəti sanksiyalar da nəzərdən keçirilsə də, amma Rusiya neftinin idxalına mümkün qadağa qoyulmayacaq.
Deyim ki, bu barədə bir gün əvvəl Avropa İttifaqının Brüsseldəki nümayəndəsi açıqlayıb. Ondan əvvəl isə Kiyevə səfər edən Cozep Borrell də bu barədə danışmışdı.
Onun dediyinə görə, sanksiyaların qəbulu üçün yekdillik lazımdır. Lakin yenə də türklər demiş...nə yazıqlar ki, “...biz təşkilata üzv olan bir sıra dövlətlərdə Rusiyadan asılılığı açıq şəkildə görürük”.
Qeyd edim ki, Borrellin Rusiya neftinin idxalına qadağa qoyulmasının 27 ölkənin keçirilən iclasının gündəliyində olmamasını bildirməsi, təbii ki, ruslara haradasa ümid işığı yandıra bilərdi, amma...
...Cozep Borrellə Kiyevə gedən Avropa Komissiyasının sədri Ursula fon der Leyen Avropa İttifaqının Moskvaya qarşı artıq altıncı sanksiyalar paketinin hazırlandığı barədə bildirib: “...Biz indicə Rusiyaya qarşı sərt sanksiyalar tətbiq etmişik və artıq bunula bağlı altıncı paketi hazırlayırıq. Bundan əlavə, Avropa İttifaqının xarici işlər nazirləri Ukraynaya daha çox yardım göstərilməsini də keçirilən iclasda müzakirə edəcəklər”.
Xatırladım ki, bunu Ursula fon der Leyen Kiyevdə olarkən bildirib.
Yeri gəlmişkən, bir müddət bundan əvvəl İspaniyanın “El Pais” nəşri diplomatik mənbələrə istinadən Rusiya neftinin idxalına mümkün embarqonun qlobal neft bazarında bumeranq effekti yarada biləcəyi barədə xəbərdarlıq etmişdi. Nəşrin ehtimalına görə, bu son nəticədə Avropa İttifaqının yoxsullaşması, Rusiyanın isə zənginləşməsi ilə sonunclana bilər.
Maraqlıdır ki, ispan nəşri Rusiyanın öz neftini satmaq üçün Hindistan da daxil olmaqla başqa ölkələrdə bazar tapa biləcəyindən ehtiyatlanır. Nəşrə görə, belə olan halda bütün bunların altını Avropa İttifaqına daxil olan ölkələr çəkəcək.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB