Zaxarovdan italiyalı nazirə cavab

Zaxarovdan italiyalı nazirə cavab

"...“Kollektiv Qərb” özünə zərər verdiyini dərk etmədən Moskvaya qarşı sanksiyalar tətbiq etməkdə davam edir”.

Qeyd edim ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova İtaliyanın xarici işlər naziri Luici Di Mayoya “mümkün Rusiya şantajı”nın mövcudluğu ilə bağlı dediklərinə cavab olaraq bildirib.

SİA bu barədə rus mətbuatına istinad edir.

Beləliklə, rus səlahiyyətlisi italiyalı nazirə bildirb ki, “kollektiv Qərb” Rusiya Federasiyasını təhdid etsə də, Moskva üzərinə düşən bütün öhdəlikləri, o cümlədən Avropanı qaz təchizatı ilə təmin etməkdə davam edir.

Zaxarovanın dediyinə görə, Avropa İttifaqını qazla şantaj edən Rusiya deyil, məhz Avropa İttifaqı Rusiyanı sanksiyalarla və yeni məhdudiyyətlərlə hədələməklə şantaj edir.

...Qərb öz qoşunlarını Rusiya sərhədlərinin perimetri boyunca qurur.

...Ukraynaya hər cür silah verir.

Rusiya xarici işlər nazirliyi səlahiyyətlisi bir daha xatırladıb ki, Qərb Rusiyanı cilovlamaq və ya zəiflətmək siyasətini bu cür davam edərsə, bu halda onlar özləri ciddi problemlərlə üz-üzə qalacaqlar.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə