ABŞ-ın sabiq prezidenti Mehmet Özü dəstəkləyəcəyini açıqladı

Verdiyi yazılı məlumatda D.Tramp bildirib...
ABŞ-ın sabiq prezidenti Mehmet Özü dəstəkləyəcəyini açıqladı

ABŞ-ın sabiq prezidenti Donald Tramp senat üzvlüyünə namizəd olan dünyaşöhrətli türk ürək cərrahı professor Mehmet Özün namizədliyini dəstəkləyəcəyini açıqlayıb. SİA bu barədə Türkiyə mətbuatına istinad edir.

Verdiyi yazılı məlumatda D.Tramp bildirib: "Pensilvaniya ştatının parlaq və tanınmış həkim Mehmet Özü ABŞ senatına seçərək Amerikanı qorumaq üçün çox yaxşı fürsəti var. Onun ilkin seçkilərdən uğurla çıxacağına inanıram.

Mehmet Özün ABŞ-a ağlasığmaz zərər vurmaq istəyən radikal solçu Demokratlara qarşı parlament seçkilərində qalib gəlmək şansı yüksəkdir”.

Qeyd edək ki, Mehmet Öz 2021-ci ilin 30 noyabrında ABŞ-ın Pensilvaniya ştatından Respublikaçılar Partiyasının senata namizədliyi uğrunda mübarizə aparacağını söyləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə