Finlandiya da Rusiyanın qaz və neftindən imtina edir

Finlandiya da Rusiyanın qaz və neftindən imtina edir

Finlandiyanın baş naziri Sanna Marin də tezliklə Rusiyanın qaz və neftindən imtina etməyə hazırlaşdıqlarını bildirib. “Yle.fi” xəbər verir ki, finlandiyalı baş nazir bu barədə “Radio Suomi”nin efirində məlumat verib.

SİA bu barədə rus saytlarına istinad edir.

“...Bunu tez etmək lazımdır. Bununla belə, yəqin ki, bir çox başqa ölkələr Finlandiya kimi Rusiya yanacağından tez imtina edə bilməz. Ona görə də indi biz ümumavropa həll yollarını axtarmalıyıq”, - deyə Marin bildirib.

NATO-ya daxil olmaq məsələsinə gəlincə, o, izah edib ki, gələn həftə hökumət Rusiyanın Ukraynadakı xüsusi əməliyyatının nəticələri və Finlandiyanın təhlükəsizliyini gücləndirmək imkanları barədə parlamentə hesabat təqdim etməlidir.

Təhlükəsizlik siyasətinin seçilməsi ilə bağlı konsensus əldə edildikdə, hökumət prezidentlə birlikdə NATO-ya üzvlük üçün mümkün təkliflə bağlı parlamentə məlumat və ya digər hesabat təqdim edə bilər.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə