Ərdoğan Avstriya kansleri ilə telefonla danışıb

Ərdoğan Avstriya kansleri ilə telefonla danışıb

Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan Avstriya kansleri Karl Nehammerlə telefonla danışıb.

SİA APA-ya istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin Administrasiyası məlumat yayıb.

Liderlər ikitərəfli münasibətləri və regional məsələləri, o cümlədən Ukraynadakı vəziyyəti müzakirə ediblər. Ərdoğan bildirib ki, rəsmi Ankara Ukrayna və Rusiya arasında sülhün bərqərar olması üçün səylərini davam etdirir.

Bütün xəbərlər Facebook səhifəmizdə