Türkiyənin milli müdafiə naziri Hulusi Akar “A Haber” telekanalına verdiyi müsahibəsində İstanbulun 1936-cı ildə qəbul edilmiş Montrö Konvensiyasına sadiq qalaraq hərbi gəmiləri Qara dənizə buraxmayacağını bildirib.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “RİA Novosti” yazır.
“Türkiyə Montrö Konvensiyasına sadiq qalacaq və hərbi gəmilərin Qara dənizə daxil olmasına icazə verməyəcək ”- Bunu nazir bildirib.
Xatırladaq ki, Konvensiya həm sülh, həm də müharibə dövründə ticarət gəmilərinin Bosfor və Çanaqqala boğazlarından keçməsinə icazə verir. Məhdudiyyətlər yalnız hərbi gəmilərə şamil edilir.
Xüsusilə, Qara dənizə daxil olmayan ölkələrin hərbi gəmilərinin üç həftədən çox olmayan müddətə Qara dənizdə qalmasına icazə verilir. Bundan əlavə, Türkiyə onların boğazlardan keçməsini qadağan edə və məhdudlaşdıra bilər.
Yeri gəlmişkən, Türkiyə Hərbi Dəniz Qüvvələrinin istefada olan kontr-admiralı Cihat Yayçı bir müddət əvvəl Ukrayna hərbçilərinin Qara dənizə yerləşdirdiyi minaların Qara dənizdə gəmiçiliyə ciddi ziyan vura, fəlakətlərə və mülki əhalinin ölümünə səbəb ola biləcəyini bildirib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB