Rumıniyanın bəzi bölgələrində daşqın təhlükəsi elan olunub

Rumıniyanın bəzi bölgələrində daşqın təhlükəsi elan olunub

Rumıniyanın üç böyük bölgəsində daşqın riskinin artması rejimi elan edilib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, proqnozlara görə, təbii fəlakət şərqdə Tisa, şimal-qərbdə Lapus və Kalineşti-Oas, eləcə də ölkənin şimalında Someşul Mare çaylarının hövzələrində yerləşən yaşayış məntəqələrinə təsir göstərəcək.

Bununla əlaqədar qəza-xilasetmə xidmətinin bölmələri və könüllü xilasetmə qrupları tam hazırlıq vəziyyətinə gətirilib.

Rəsmi məlumata görə, müvafiq xəbərdarlıq aprelin 11-i günortaya kimi qüvvədə olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə