...Hə indi bunlar da deyir ki, Ramzan Kadırov özünü “gözə soxmaq” üçün yalançı videolar çəkib paylaşır. Deyirlər, o gün də birini paylaşıb. Həmin video “kadırovçular”ın güya çox təhlükəli bir Ukrayna hərbçisi tutduqlarından, tutulan əsgərin “səmimi etiraf”larından bəhs edir.
Özü də videonu Çeçenistan lideri Ramzan Kadırovun özü paylaşıb. Ərinib eləmədən və hətta şərhini də Kadırov şəxsən özü yazıb.
Tutulan əsgərin Bandera inanclarından imtina etdiyini, tövbədə bulunduğunu, “kadırovçular”a könüllü təslim olduğunu daha sonra nələri, nələri bildirib. Bundan başqa o əhali, yerləşdirmə və silahlar haqqında da şəxsən Ramazanın özünə “dəyərli məlumatlar” verib.
...Amma qarşı, yəni Ukrayna tərəfi başqa şey deyir. Deyir ki, videoda xəritənin yanında dayanan və Mariupolda Ukrayna Silahlı Qüvvələrinin bölmələrinin, özünümüdafiə və “Sağ sektor”un yerləşdiyi yerləri göstərən arıq adamı görə bilərsiniz. Diqqətlə baxın, guya o, Ukraynaya gətiriımiş xarici qoşunların mövcudluğundan da danışır.
...Yenə də amma... Mariupol könüllüsü Kirill Dolimbayev Ramzan Kadırovun ruslara “ukrayna kəşfiyyatçısı” kimi sırıdığı bu şəxsi tanıyıb. Dolimbayevin dediyinə görə, həmən adam yazığın biri olan yerli evsizlərdən, yəni bomjlardandır. Onun başında problem var, özü də içkiyə meyillidir.Biz onu hər gün Mariupoldakı OCU məbədində yedizdirirdik.
Yeri gəlmişkən bundan əvvəl media Mariupolda “kadırovçuların” iştirakı ilə “döyüşlərin” səhnələşdirildiyini öyrənmişdi. Çeçenistan rəhbərinin “Tiktok” döyüşçüləri şəhərin kənarında sanki ona nəzarət edirmiş kimi bir neçə video çəkiblər. Kadırov özü də Mariupolun “ələ keçirilməsi” haqda danışıb. Amma hamısı flfalodur.
SİA bu fikirləri “UNİAN” saytından əxz edib
Yadımdaykən onu da deyim ki, böyük proletar yazarı Maksım Qorkinin sözü var, deyir qəhrəmanlıq göstərməyə həmişə şərait var. Deyim ki, bu nə "kəlamdır" bilmirəm, amma Kadırovun bununla bağlı məlumatlı olduğuna əminəm.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB